"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Avropa müsəlman siyasətçilər istəmir

Share Button

Avropada siyasətlə məşğul olan müsəlmanlar son dövrlər haqlarında həyata keçirilən kampaniyalar səbəbiylə siyasi karyeralarını sona çatdırmaq məcburiyyətində qalıblar. “Din.az” xəbər verir ki, Avropada siyasətlə məşğul olan müsəlmanlar son dövrlər haqlarında həyata keçirilən kampaniyalar səbəbi ilə ya siyasi karyerasını sona çatdırmaq məcburiyyətində qalır, ya da onlara qarşı yürüdülən təzyiqlərinə müqavimət göstərməyə çalışır. Qitə daxilində artan irqçilik […]

Avropada siyasətlə məşğul olan müsəlmanlar son dövrlər haqlarında həyata keçirilən kampaniyalar səbəbiylə siyasi karyeralarını sona çatdırmaq məcburiyyətində qalıblar.

“Din.az” xəbər verir ki, Avropada siyasətlə məşğul olan müsəlmanlar son dövrlər haqlarında həyata keçirilən kampaniyalar səbəbi ilə ya siyasi karyerasını sona çatdırmaq məcburiyyətində qalır, ya da onlara qarşı yürüdülən təzyiqlərinə müqavimət göstərməyə çalışır.

Qitə daxilində artan irqçilik başda İsveç, Belçika, İngiltərə və Hollandiya olmaqla Avropanın bir çox ölkəsində siyasətlə məşğul olan müsəlman siyasətçilər hədəf altındadır.

İsveç və Almaniyada müsəlman cəmiyyət ilə yaxşı əlaqələr qurmaq, Hollandiya və Belçikada erməni tezislərinin qəbul edilməməsi, müsəlman siyasətçilərin siyasətdən silinməsi üçün bir səbəb olaraq göstərilərkən, qaralama kompaniyasına artıq media qurumlarının da qatılması qitənin gələcəyi ilə əlaqədar narahatlıqların artmasına səbəb olur.

Son olaraq, Sosial Demokrat və Yaşıllar Partiyasının koalisiya hökumətində şəhərsalma üzrə və infrastruktur Nazirliyi vəzifəsini icra edən Mehmet Kaplan, haqqında çıxan xəbərlər səbəbiylə istefa edib.

Kaplanın, Bütün Sənayeçi və İşadamları Dərnəyi (TÜMSİAD) tərəfindən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də dəvət edildiyi bir iftardakı fotoşəkilləri, bəzi qəzetlərdə “Kaplan, gizli təşkilat üzvləri ilə eyni yeməkdə” başlığı ilə nümayiş olunub. Daha sonra Kaplanın İslam Cəmiyyəti Milli Görüş (IGMG) tərəfindən təşkil edilən “Maidə-i Quran” dərnəyindəki fotoşəkli da “Kaplan radikal islamçıların proqramında” başlığı ilə oxuculara təqdim edilib.

Kaplanın istefasına ən sərt reaksiya göstərən Yaşıllar Partiyasının müsəlman üzvü Yasri Şamsudin Khan, onunla Kaplan haqqında reportaj edən bir qadın müxbirin dini dəyərlərindən dolayı əlini sıxmadığı üçün media tərəfindən təzyiqlərə məruz qaldığını ifadə edərək istefa edib.

Partiyasından istefa etdikdən sonra AA müxbirinə açıqlama verən  Khan, “dini inancımdan dolayı qadın müxbirin əlini sıxmadım. Müxbir xanımı, əlimi sinəmin üzərinə qoyaraq salamladım. Bu hərəkətimə görə, partiyanın daxilində və xaricində tənqid kampaniyasına uğradım. Buna görə də partiyadan istefa etməyə qərar verdim”, – deyib.

Eyni zamanda İsveç İslam Gənclik Federasiyasının prezidenti olan 30 yaşlı Khan, İsveç mediasının “İslamofobiyanı tətikləyən” yayımlar hazırladığına diqqət çəkərək “İsveçin baş xəbərlərindəki rejissorları, beyinlərindəki müsəlmanlara qarşı mühakimələrini, etdikləri çirkin nəşrlərlə cəmiyyətin önünə qusurlar. Həyatı boyunca demokratiyaya və hüquqa hörmətlə yanaşan, İsveçdə insan hüquqlarının inkişafı üçün çalışan Kaplanın ittihamlara məruz qalaraq istefa etdirilməsinin də düzgün olmadığını hesab etmirəm”, – deyə bildirib.

Avstriyada isə türk və müsəlmanların hüquqlarını müdafiə edəcək şəslər, partiyalar tərəfindən ya heç namizəd kimi göstərilmir, ya da siyahının son  sıralarında göstərilir.

İslamı ilk tanıyan Avropa ölkəsi olmaqla öyünən Avstriyada bu günə qədər başı bağlı bir millət vəkilinə rast gəlinmir. Siyasətlə məğul olan müsəlman qadın Namaldinin müxbirə verdiyi açıqlamaya görə, Avstriyada müsəlmanların sayı çox olsa da ancaq siyasi mühitdə təmsil edilmədiklərini ifadə edib.

s_3277_3

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir