Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər

Avstraliya səfirliyini Qüdsə köçürmək qərarını nəzərdən keçirir.

Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımaq və öz səfirliyini ora köçürtmək məsələsini nəzərdən keçirir.

Din.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun mətbuat xidməti onun avstraliyalı həmkarı Skott Morrisonla görüşündən sonra məlumat yayıb.

“Avstraliya hökumətinin rəhbəri mənə dedi ki, Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanımaq və Avstraliya səfirliyini Qüdsə köçürmək qərarını nəzərdən keçirir”, — deyə məlumatda bildirilir.

Netanyahu həmkarına təşəkkürünü bildirib və iki ölkə arasında münasibətləri möhkəmləndirməyi davam etdirəcəyinə söz verib.

Bundan əvvəl Çexiya prezidenti Miloş Zeman ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürülə biləcəyini istisna etməmişdi. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...