Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Avstraliyada hicablı qadınlar 8 martdan necə istifadə etdilər?

8 martda hicabla bağlı tədbir keçirildi.

Planetin bir çox ölkələrində Beynəlxalq Qadınlar Günü qeyd olunduğu bir vaxtda Avstraliyanın şimalında yaşayan müsəlman qadınlar bu dünyəvi tarixdən faydalanaraq öz dinləri ilə bağlı bir maarifləndirici tədbir təşkil ediblər.

Xarici İslam saytları bildirir ki, 8 Mart ərəfəsində Darvin şəhərində müsəlman xanımlar qadın kimliyinin mühüm elementi olan hicaba həsr olunmuş görüş keçiriblər.

Darvində 100-dən çox millət və onlarla dini konfessiya nümayəndələri yaşayır. Qadınlar günü ərəfəsində şəhərdəki İslam Şurası hicabla bağlı yanlış stereotip və düşüncələri aradan qaldırmaq məqsədilə şəhərin çoxmillətli icmasını dəvət etməyə qərar verib. Gənc müsəlman qadınlar qeyri-müsəlman xanımlara özlərininn hicabla ruhi bağlılığı və Allaha münasibətləri haqda ətraflı məlumat veriblər.

Tədbirdə Avstraliyanın paytaxtı Melburnda ilk hicab salonu açmış biznes-ledi Reyyan Emniyet Ates, Melburn Universiteti hüquq fakültəsinin tələbəsi Safiya Muyin və başqa fəal müsəlman qadınlar çıxış ediblər. Hicabın müxtəlif formaları, örtüyün bağlanma qaydaları və s. mövzusunda master-klas keçirilib. / Moderator.az

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...