Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
hicab

Avstraliyada ilk müsəlman qadın hakim təyin edildi

Share Button

O, Avstraliya yerli əhalisinə hüquqi yardım göstərən təşkilatda da böyük təcrübəyə malikdir

Şri-Lankadan olan Urfa Masud adlı müsəlman xanım, Avstraliyanın Viktoriya ştatında magistrar məhkəməsinə hakim təyin edilib. Din.az islamazeri-yə istinadən xəbər verir ki, hicablı xanım ilk dəfə belə yüksək vəzifə tutacaq.

Avstraliyanın Ədliyyə naziri Pakula Martin yeni vəzifəsi münasibəti ilə müsəlman-xanımı təbrik edərək, onun “cinayətə və ailə hüququ” sahəsində böyük rol oynadığını söyləyib. “Xanım Masud cinayət hüququ, uşaq və ailə hüquqlarının müdafiəsi sahəsində böyük təcrübəyə sahib olub.

Həmçinin Avstraliya aborigenlərinə (yerli əhalisinə) hüquqi yardım göstərən təşkilatda da böyük təcrübəyə malikdir. Və bu təcrübələr onun hakim kimi işləməsində əvəzsizdir.”, – deyə Ədliyyə naziri bildirib.

“Aborigen Legal Servis”in(hüquq şirkəti) rəsmisi Annette Vickery də, Urfa Masudu təbrik edərək, yerli əhalini anlayan birinin bu vəzifəyə təyin edilməsini təqdir edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top