Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Avstraliyada məscidə hücum olunub – FOTO

Hücum zamanı 300 nəfər məsciddə namaz qılırmış

Avstraliyanın qərbində Perth şəhərində Thornlie Məscidini hədəf alan islam əleyhdarları təravih namazı qılındığı zaman bir avtomobili yandırıb və məscidin çöldəki divarlarına təhqir dolu yazılar yazıblar.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Perthin cənub-şərqində yerləşən Avstraliya İslam Kollecina aid Thornlie Məscidinə təşkil olunan hücumda yandırılan avtomobil tamamilə yararsız hala düşüb və yanında olan digər 4 avtomobilə də ziyan dəyib.

Avtomobili benzin tökərək yandırdıqları təxmin edilən naməlum şəxs və ya şəxslər məscidin divarlarına təhqiramiz ifadələr də yazıblar.

Məscidin baş imamı Yahya Adel İbrahim sosial şəbəkədə verdiyi açıqlamada, hadisə zamanı təxminən 300 nəfərin təravih namazı qıldığını, hücuma baxmayaraq məscidin içərisində qalaraq namazlarını tamamladığını söyləyib.

Hücum zamanı kimsənin zərər görmədiyini dilə gətirən İbrahim, “bu şübhəsiz, bir nifrət əlamətidir. Hadisənin tək bir nəfərin və ya bir qrupun elədiyini düşünürük. Yaşananlara baxmayaraq, hər kəs terrora boyun əyməyərək namazını bitirmək üçün məsciddə qaldı” deyib.

Məscidə edilən hücumu qınayan Avstraliyanın baş naziri Malcolm Tumbull, “Avstraliya qarşılıqlı hörmət təməlləri üzərində qurulub. Bu qızıl qaydadır. Bu kimi hücumları şiddətlə qınayır və təəssüflə qarşılayıram” açıqlamasını verib.

Artıq təcavüzkarların tutulması üçün polisin araşdırma apardığı bildirilir.

Xatırladaq ki, Qərbi Avstraliyanın paytaxtı Perthdə 2014-cü ildə də bənzər hadisələr təşkil edilmişdi. Aralarında Diyanət İşləri Nazirliyinin nəzdində fəaliyyət göstərən Süleymaniyyə Məscidinin də olduğu müsəlmanlara aid məscidin divarlarına islam əleyhinə yazılar yazılmışdı.

29perth

13950409000412_PhotoI

Australian-Mosque-attack-jpg

avustralya_da_camiye_saldiri_h34464

sydney-attack

www.aljazeera.commritemsImages2016629d3997aa6145d4d6c81f321a60125f071_18-e9d08d091d43f01377cfdd4428f500fcc3843d82

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...