Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avstraliyada məscidi yandırdılar – FOTO

Məscidə ciddi şəkildə ziyan dəyib

Yuxarı Avstraliya əyalətinin paytaxtı Linzdə bir məscidə partlayıcı maddə atılması nəticəsində yanğın baş verib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, məscidin sədr müavini Selçuk Dönmez, verdiyi açıqlamada, dünən axşam saatlarında məsciddən ayrıldıqlarını, saat 19:00 radələrində məscidə partlayıcı maddəylə hücumun gerçəkləşdirildiyini söyləyib.

Partlayışdan sonra baş verən yanğının hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürüldüyünü bildirən Dönməz, hücumda ölən və ya yaralananın olmadığını, ancaq məscidin içinə ciddi şəkildə ziyan dəydiyini qeyd edib.

Partlayıcı maddənin məscidin pəncərəsindən içəri atıldığını bildirən Dönməz, “partlayıcının nə olduğunu bilmirik. Molotof kokteyli də ola bilər. Məscidin içərisindəki xalça bütünlükdə yanıb, divarı dağılıb, kitablar və mehrab zərər görüb” deyə qeyd edib.

Məscidin imamı Mustafa Türkmen isə partlayışdan sonra çölə çıxdığını və 18-20 yaşlarında birisinin hadisə yerindən qaçaraq uzaqlaşdığını deyib. Türkmen, Linzdə bundan 2 həftə əvvəl də Boşnak Nur Dərnəyi Məscidinə donuz başı atıldığını söyləyib. Polis, hücumla bağlı araşdırmaya başlayıb.

olu_1127

avustura_6637

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...