Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avstriya məscidləri bağlamaqla hədələyir

Avstriyanın Baş naziri məscidi bağlamaqla təhdid edib.

Vyananın ən böyük məscidlərindən birində Çanaqqala müharibəsinin canlandırıldığı mərasim Avstriyada gündəm olub.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2016-cı ildə çəkildiyi bildirilən və həftəlik dərc olunan “Falter” qəzetində yayımlanan şəkillərdə əsgər paltarı geyinən uşaqlar Birinci Dünya Müharibəsi zamanı Çanaqqalada savaşan əsgərləri canlandırıb. Şəkillərdən birində şəhid rolunu canlandıran uşaqların yerdə uzandıqları və üzərlərinə Türkiyə bayraqları örtüldüyü görünür.

Bu görüntülər Avstriyada böyük reaksiyaya səbəb olub. Belə ki, Avstriyanın Baş naziri məscidi bağlamaqla təhdid edib.

Şəkillərin yayımlanmasından sonra açıqlama verən Avstriyanın Baş naziri Sebastian Kruz “sözügedən hadisənin Avstriyada yeri olmadığını və belə bir hadisəyə əsla dözüm göstərməyəcəyini” söyləyib.

Daha sonra Sebastian Kruz Avstriya qanunlarına görə mərasimin keçirildiyi Avropa Türk İslam Birliyinə aid olan məscidin bağlana biləcəyini deyib. Həmçinin Vyana bələdiyyəsinin müsəlman icmalarına göstərilən maddi dəstəklərə dövlətin daha ciddi yanaşmasının vacibliyini vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...