Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Avstriya Milli Təhlükəsizlik Şurası terrorçu Brenton Tarrantın bu ölkədəki əlaqələri ilə bağlı iclas keçirəcək

Brenton Tarrantın Avstriya ilə əlaqələri ölkə gündəmində əsas xəbərlər sırasındadır.

Yeni Zelandiyada müsəlmanlara qarşı terror törətmiş Brenton Tarrantın Avstriya ilə əlaqələri ölkə gündəmində əsas xəbərlər sırasındadır.

Din.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Federal Kansleri terrorçunun “İdentitarist hərəkatı” ilə əlaqəsini təsdiqləyib. Həmçinin prokurorluq orqanları terrorçunun bu hərəkatın hesabına ianə köçürdüyünü müəyyən ediblər.

Avstriyanın müxalifət partiyaları isə Milli Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün parlamentdə məsələ qaldırıblar. Müraciətdə Avstriyaya bir neçə dəfə səfər etmiş yeni zelandiyalı terrorçunun bu ölkədəki sağçı-ekstremist şəbəkə və qruplaşmalar ilə mümkün əlaqələrinin, eləcə də həmin şəbəkələrin dövlət təhlükəsizlik aparatı ilə mümkün yaxınlığının araşdırılması məsələləri yer alıb.

Hökumətin məxfi məsləhətləşmə qremiyası olan Milli Təhlükəsizlik Şurası xarici, müdafiə və təhlükəsizlik siyasəti üzrə mühüm məsələlərin müzakirəsi üçün yığışır. Konkret mövzuya uyğun olaraq, hökumət və parlament üzvləri ilə yanaşı, müxtəlif ekspertlər də belə iclaslara cəlb edilirlər.

Federal Kansler Aparatı yanında fəaliyyət göstərən Milli Təhlükəsizlik Şurasının iclasının dəqiq vaxtı məlum olmasa da, onun yaxın iki həftə ərzində baş tutacağı gözlənilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...