Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Avstriyada baş örtüyü qadağasına etiraz edildi

Share Button

“Baş örtüyü qadağası dini azadlığa və qadın haqlarına ağır zərbədir”.

Avstriyada baş örtüyü qadağası təklifi bir çox şəxs və quurum tərəfindən etirazla qarşılanıb.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avstriyada başda məktəblər olmaqla, dövlət idarələrində baş örtüyü qadağası ilə bağlı təklif qeyri-hökumət təşkilatları və din adamlarının etirazına səbəb olub.

basortusu

 

Avstriya Xarici İşlər və İnteqrasiya naziri Sebastian Kurz tərəfindən ötən cümə günü gündəmə gətirilən baş örtüyü qadağası ilə bağlı təklif ölkədə etirazlara səbəb olub.

“SOS Mitmensch” adlı qeyri-hökumət təşkilatından olan Aleksandr Pollak, Kurzun təklifinin əcnəbilərin bərabərlik prosesilə üst-üstə düşmədiyini qeyd edərək deyib: “Kim ictimai bərabərliyi qüvvətləndirmək istəyirsə, yadlaşdırma, təcridetmə və qütbləşdirməyə imkan verməməlidir”.

Pollak müəllimlərin belə geyimlər geyinməsindən daha çox gənclərə yaxşı təhsil verib vermədiiyinin əhəmiyyətli olduğunu vurğulayıb.

Avstriyada müsəlman cəmiyyətini təmsil edən imam Ramazan Demir, verdiyi açıqlamada baş örtüyü qadağasını “təcridedici və dinə zidd hərəkət” kimi xarakterizə edərək deyib: “Belə bir qanun təklifi dini azadlığa və qadın haqlarına ağır zərbədir”.

Avstriyalı keşiş Hofmayer baş örtüyünün, İslam ənənəsinin dini rəmzi olduğunu, buna bənzər geyimlərin İudaizm və Xristian inancında da olduğunu, belə dini rəmzlərin qəbul edilməsinin vacibliyini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir