Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Avstriyada sağçı-radikal qrupun yeni zelandiyalı terrorçu Tarrant ilə əlaqəsi araşdırılır

“İdentitarist nəsil” hərəkatı islama qarşı …

Avstriyada aparılan təhqiqatlar zamanı məlum olub ki, Yeni Zelandiyada terror törətmiş Brenton Tarrant nəinki yaxın keçmişdə bu ölkədə azı iki dəfə səfərdə olub, eyni zamanda, buradakı sağçı-radikal qruplarla sıx əlaqədə olub.

Din.az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyada fəaliyyət göstərən sağçı-ekstremist “İdentitarist nəsil” hərəkatının bank hesabına Brenton Tarrant tərəfindən ianə köçürüldüyü müəyyən edilib. Qrats Şəhər Prokurorluğu ekstremist qrupun hesabına bir neçə min avro məbləğində ianə köçürən B.Tarrantın həmin qrupla əlaqələrini araşdırır.

Avropa dəyərlərinin yalnız avropalılar üçün olduğunu və müsəlmanların bu dəyərlərə təhlükə yaratdığı düşüncəsini təbliğ edən “İdentitarist nəsil” hərəkatının rəhbəri Martin Sellner verdiyi açıqlamada isə B.Tarrantı tanımadığını, terror hadisəsi barədə mətbuatdan xəbər tutduqdan sonra ianə barədə rəsmi qurumlara məlumat vermək istədiyini, lakin bunun üçün boş vaxt tapmadığını iddia edib.

Avstriya polisi M.Sellnerin Vyanadakı mənzilində axtarış apararaq kompüter və bir neçə yaddaş diskini təhqiqat məqsədilə götürüb. Hazırda “İdentitarist nəsil” hərəkatına qarşı terrorçu birləşmələrlə əlaqələrə görə cinayət təhqiqatı aparılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...