Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Avstriyadan katolik kilsəsinə şok

Kilsəni tərk edənlərin əksəriyyəti katoliklər idi.

2018-ci ildə Avstriya Roma-katolik kilsəsindən üz döndərən insanların sayı əvvəlki illərə nisbətdə artıb. Yepiskopluqların məlumatları əsasında tərtib edilmiş statistikaya görə, ötən il 60 minədək insan rəsmi olaraq kilsədən çıxıb və bununla da Roma-katolik kilsəsinə mənsubluqlarını dayandırıb.

Din.az xəbər verir ki, bu göstərici 2017-ci illə müqayisədə 8,7 faiz artım deməkdir. Rəsmi olaraq kilsəni tərk edənlərin əksəriyyəti Vyana və Karintiya əyalətində yaşayan katoliklər olub. Ümumilikdə götürdükdə isə 5,5 milyon katolikin yaşadığı Avstriyada kilsədən çıxanların sayı 1,1 faizə bərabər olub.

Qeyd edək ki, Avstriyada Roma-katolik etiqadına mənsub insanlar illik gəlirin səviyyəsindən asılı olaraq kilsə vergisi ödəyirlər. Kilsəni tərk edən, lakin dini etiqadını dəyişməyən şəxslərin isə belə bir vergini ödəmək mükəlləfiyyətləri qalmır. Avstriya mətbuatında bu məsələ ilə bağlı rəylərdə bəzi insanların həqiqətən də kilsə, ruhanilər və ümumilikdə dini etiqadla bağlı konkret mövqeləri olduğu və buna görə də kilsəni tərk etdikləri qeyd edilsə də, bir qrup insanın kilsəni sırf maddi səbəbdən – kilsə vergisini ödəməkdən yaxasını qurtarmaq üçün tərk etdiyi də hər kəsə məlumdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...