Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avstriyalı baş nazirin İsrailin məhv olma narahatlığına Həsən Ruhanidən maraqlı cavab

“Biz iranlılar yəhudiləri Babil imperatorluğunun zülüm və əsarətindən qurtarmışıq.”

Avstriyanın baş naziri Sebastian Kruz İranın prezidenti Həsən Ruhani ilə keçirdiyi mətbuat konfransında “Bizim fikirimizcə İsrailin varlığının sorğulanması ya da onun yox edilməsinin ifadə edilməsi qəbul olunmazdır” ifadəsini işlədib.

Din.az bildirir ki, İran prezidenti Həsən Ruhani Avstriya baş nazirinin bu sözlərinə belə reaksiya verib: “Baş nazirin söylədiyi kimi bəzi Avropa ölkələrinin yəhudilərə tarixi borcları ola bilər. Amma bunun bizimlə qətiyyən əlaqəsi yoxdur. Biz iranlılar yəhudiləri Babil imperatorluğunun zülüm və əsarətindən qurtarmışıq. Onlar İran və iranlılara borcludurlar. Bizim dünyadakı musəvilərlə yaxşı münasibətlərimiz var. Amma işğalçı sionist rejimi olan İsraili onlardan ayırmaq lazımdır. Onlar işğalçı və zalım bir kütlədir, xalqa zülm edirlər. Qəzzalıları mühasirəsə saxlayırlar. Məsum insanların üzərinə bomba yağdırırlar. Suriyaya müdaxilə edib, İŞİD-i qanadlarının altına alırlar”. / İslaminSesi

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...