Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Ay-ulduz” formasında olan məscidin açılışına az qaldı – VİDEO

“Ay-ulduzlu” məsciddə 5000 insan burada namaz qıla biləcək.

Tikintisinə 2017-ci ildə başlanılan və “Ay-ulduz” forması ilə diqqətləri cəlb edən məscidin tikintisi sona yaxınlaşır.

Din.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, Sivasda  bələdiyyə və xeyriyyəçi vətəndaşların birgə əməyinin nəticəsi olan, 7 min kvadrat metrlik sahədə inşa edilən “Ay-ulduzlu” məscid memarlığı ilə Türkiyədə ilkdir.

Ulduz formasındakı bağlı sahəsində 3 500, aypara formasında olan həyətində isə 5000 insanın namaz qılacağı məscidin  təxminən 2-2,5 aydan sonra ibadətə açılması qarşıya məqsəd qoyulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...