Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Ayaks”ın müsəlman futbolçuları orucu meydanda açdılar – FOTO

Futbolçular qarşılaşmanın 22-ci dəqiqəsində meydanın kənarına gələrək oruclarını açdılar.

Çempionlar Liqasının yarımfinalının cavab matçı çərçivəsində keçirilən “Ayaks” – “Tottenhem” oyununda maraqlı anlar yaşanıb.

Din.az xəbər verir ki, hollandların futbolçuları Nussair Mazraui və Hakim Ziyex oyuna oruc ola-ola çıxıblar.

Adıçəkilən müsəlman futbolçular qarşılaşmanın 22-ci dəqiqəsində meydanın kənarına gələrək oruclarını açıblar.

Qeyd edək ki, qarşılaşma “Ayaks”ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Hollandların ikinci qoluna məhz Hakim Ziyex imza atıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...