Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Ayasofya haqqında tarixi həqiqət: Müsəlman komandir məscidi havaya uçuracaqdı

Share Button

Müsəlman türkün bu qətiyyəti fransız əsgərlərini pərt etdi

Türkiyəli tarixçi Dursun Gürlek, Ayasofyanın işğal altında olduğu illərdə belə İslami dəyərlərini mühafizə etdiyini, minarələrində 5 vaxt azan oxunduğunu, lakin daha sonra yerli idarəçilər tərəfindən məscid olmaqdan çıxarılaraq Bizans kilsəsi edildiyini söyləyib. Gürlek, “əvvəlcə azanlar susduruldu, sonra gözəl minarələri dağıtmaq üçün təşəbbüsə keçdilər”, – deyə qeyd edib.

“Din.az” Türkiyə mediasına istinadən türk tarixçi Dursun Gürlekin yazısını təqdim edir:

Ayasofya, İstanbulun işğal olunduğu o illərdə, o qara günlərdə belə islami dəyərlərini qorudu. Hərçənd, o zamanlar bu İslam məbədini məscid olmaqdan çıxarıb Bizans kilsəsi etmək istəyənlər də var idi. Bunlar türk və İslamın düşməni olan bir qrup xarici yazarlar idi. Məsələn, məşhur şərqşünas G.Sehlumberger rusların İstanbula gəlməsini, Ayasofyanın minarələrinin dağıdılmasını, qübbəsinə xaç yerləşdirilməsini çox arzu edirdi. Ayasofyanın minarələri yerli bizanspərəstlər kimi, qərəzli şərq alimlərini də çox narahat edirdi. Allaha şükürlər olsun ki, bu riyakar planların heç biri gerçəkləşmədi. Və hərəsi ayrı bir Osmalı padşahının əsəri olan bu zərif minarələr dağıdılmaqdan qurtuldu.

Yazının başında qeyd etdiyim kimi, İstanbul işğal altında idi. İzmirin yunanlar tərəfindən işğal edilməsi də Osmanlının paytaxtı olan bu tarixi şəhərdə yaşayan bir qrup qeyri-müsəlmanları da yaman qudurtmuşdu. Müsəlman xalqın əhvalı son dərəcə qaralmış, başları önə əyilmişdi. Azlıqlar getdikcə azğınlaşırdı. Hərbi hissələr də işğal edildiyi üçün əsgərlər havada qalmışdı. Bu zaman İstanbul II. Keşikçilər alayından bir batalyonun Ayasofya məscidinə yerləşdirilməsi zərurət olaraq meydana çıxdı. Mayor Tevfik Bəyin komandanlığı ilə bir tabor beləcə Ayasofyaya yerləşmiş oldu.

İşğalçı qüvvələrin aldığı qərara görə, Mayor Tevfik Bəy və taboru dərhal bu tarixi məbəddən çıxarılmalı və məscidə fransız birliyi yerləşdiriləcəkdi. İstanbulun yağışlı günlərindən biri idi. Hər tərəfdə darıxdırıcı bir hava hakim idi. Belə bir vaxtda Fransız taboru Ayasofyanın qapısında dayandı. Ancaq, mehmehçiklerimiz fransız əsgərlərini içəri girməyə qoymadı. Süngülərlə taborun qarşısını kəsdi. Məscidin böyük və geniş qapısına iki ağır zirehli maşın çarpaz şəkildə yerləşdirilmişdi.

Tevfik Bey, son dərəcə ciddi hərəkət edərək və duyduğu böyük həyəcanı gizlədərək hərəkətə keçdi. Çox sərt şəkildə, fransız komandirindən nə etmək istədiyini soruşdu. Onların məscidə girib burada yerləşmək istədiklərini öyrənincə, “Bura mənim məbədimdir, əsla içəri girə bilməyəcəksiniz!” cavabını verdi. Fransız komandir yenidən soruşdu: “Siz əsgər deyilmisiniz? Təxliyyə əmri almadınızmı?” Tevfik Bey, cəsarəti ilə belə cavab verdi: Bəli, mən bir əsgərəm. Dolayısıyla, sağ olduğum müddət ərzində sizin bu qapıdan içəri keçmənizə izin verməyəcəyəm! Mən bir Müsəlman Türkəm. Bura mənim məbədimdir. Əsil rəhbərim olan vicdanımdan aldığım əmirlə sizi bura soxmayacam. Əgər zorla girməyə cəhd etsəniz, ilk cavabı verəcək ağır zirehli silahlar sizi burada gözləyir. Bunlar da sizin üçün kafi olmasa, məscidin dörd tərəfinə kifayət qədər məhvedici qurğular yerləşdirmişəm. İçəri girmək üçün israr etsəniz, bilmiş olun ki, bu məbəd başınıza çökəcəkdir. Və siz bu məbədə əlsa girə bilməyəcəksiniz. İstəyirsiniz sınayın!

Mayor Tevfik Bey bu sərt danışığından sonra heç gözləmədən və fransız əsgərlərinin qarşısından keçərək məscidə girdi. Fasiləsiz yağan yağışın altında əhvalları çox pis pozulan fransız əsgərləri beləcə pərt edilmiş oldular. O zamanlar Ayasofyanın yayında yerləşən və sonradan yanan Ədliyyə binasına özlərini güclə yerləşdirdilər. Günlərlə orada qaldılar. Sonda Tevfik Beyin qərarlı olduğuna, israr edildiyi halda Ayasofyanı yerlə bir edəcəyini bildirdikdə Milli Təhlükəsizlik Nazirliyi “Biz lazımi əmri verdik, lakin tabor komandiri tabe olmadı. İsrar edildiyi təqdirdə məscidi havaya uçuracağını, bunun üçün lazım olan bütün tədbirləri gördüyünü söylədi. Böyük bir faciə ilə nəticələnəcək belə bir əmrin qarşısında görüləcək başqa bir şey yoxdur!” deyərək fransız məqamlarına vəziyyəti bildirdi. Bundan sonra fransız taboru geriyə çəkilib getdi.

Bu vəsilə ilə bir daha bildirim ki, Ayasofya işğal altında olduğu illərdə belə İslami dəyərlərini qoruduğunu, minarələrindən 5 vaxt azan oxunduğu halda daha sonrakı illərdə yerli idarəçilər tərəfindən məscid olmaqdan çıxarılıb Bizans kilsəsi halına gətirilməsi istənildi. Əvvəlcə azanlar susduruldu, sonra gözəl minarələrin dağıdılması üçün təşəbbüsə keçildi. Ancaq onların bu çirkin planları gerçəkləşmədi.

Bu gün Ayasofyada namaz qılınmasa da, minarələr bu tarixi məbədin məscid olduğunu kor gözlərə belə aydın şəkildə göstərir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir