Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ayasofyada ilk Cümə namazı necə qılındı?

Ayasofyanın tarixində unudulmaz bir gün…

Fatih Sultan Məhmət İstanbulu fəth etdikdən sonra Osmanlı ənənəsinə uyğun olaraq şəhərin ən böyük kilsəsi olan Ayasofyanı məscidə çevirdi. Bəs, Ayasofyada ilk cümə namazı necə qılındı?

İstanbulun fəthindən sonra üçüncü gün Cümə günü idi və Ayasofya tarixinin ən əhəmiyyətli günlərindən birini yaşadı. Türkiyəli yazar Halil Solak “Ayasofyada böyük gün” olaraq adlandırdığı Cümə namazını belə danışır;

Xatırladaq ki, TRT kanalında Diyanətin Ayasofyada keçirdiyi sahur proqramından Yunanıstanın narahat olmuşdu. Narahatlılığının səbəbi isə proqram zamanı Ayasofyada Quranın oxunması idi. Təbii ki, Türkiyənin Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı cavab gecikməmişdi:

“Paytaxtında illərdir məscid tikilməsinə icazə verməyən, Qərbi Trakya türk azlıqlarının dini azadlıqlarına davamlı müdaxilə edən və İslam həmrəyliyini çağdaşlıqla qarışdıran Yunanıstanı üslubunda və açıqlamalarında diqqətli olmağa dəvət edirik”.

İstanbulun ilk ulu məscidi…

Bu yazını oxuyanlar arasında “Yenə də Ayasofya!” deyənlər də şübhəsiz, vardır. Bəli, yenə Ayasofya… Çünki biz Ayasofyadan nə qədər qaçsaq, “Ayasofya davası”ndan nə qədər uzaqlaşsaq da, o bir yolunu tapıb günün baş ucunda olmağı bacarır. Buna səbəb, əlbəttə, ulu məbədin müsəlmanların könlündəki yeridir. 29 may 1453-cü ildə İstanbulu fəth edən Fatih Osmanlı ənənəsinə uyğun olaraq şəhərin ən böyük kilsəsi olan Ayasofyanı məscidə çevirəcəkdi.

İşğaldan sonra Sultan “Bu gündən etibarən ölümdən və əsir olmaqdan qorxmayın” deyərək, Ayasofyaya sığınanların can və mallarının təhlükəsizlikdə olduğuna zəmanətini vermişdi.

Dövrün tarixçisi Tursun Bəyin danışdıqlarına görə, Sultan Ayasofyanın dağılmış halından çox məyus olmuş və iki misradan ibarət şeir də söyləmişdi.

İstanbulun fəthindən sonra 3-cü gün cümə günü idi və Ayafosya tarixinin ən vacib günlərindən birini yaşayacaqdı. Usta və memarlar gecələrini gündüzlərinə qataraq bu qısa müddət ərzində taxtadan minarə düzəltmişdilər. Təsvirlərin üzəri bağlanmış, heykəl və bütlər ortalıqdan götürülmüşdü.

Ayasofyada böyük gün…

Ayasofya artıq ilk Cümə namazına hazır idi. O mübarək dəqiqələri böyük bir həyəcan və coşqu ilə nəql edən Ferik Ahmet Muhtar Paşanın (1926) “Fethi Celili Kostantiniye” adlı əsərindən qeyd edək:

“İstanbulun fəthindən sonra ən mühüm hadisə Ayasofyada ilk Cümə namazının qılınması idi. Memarlar və digər işçilər gecələrini gündüzlərinə qatıb çalışaraq həftənin ikinci günü fəth olunan şəhərin ən böyük kilsəsində cüməyə qədər lazım olan hazırlıqları etdikdən sonra padşah, əmirlər, mücahidlər, qazilər və böyük alay içəri addımlarını atar-atmaz məbədin içində ilahi bir səs yüksəldi, hafizlər, müəzzinlər azan oxumağa başladılar. Camaat isə bir ağızdan təkbir edirdi. Daha sonra müəzzinlər “İnnallahə və melaiketihi…” ayəsini yanıq səslə oxumağa başlayınca Akşəmsəddin həzrətləri Sultan Mehmed Hani Sani həzrətlərinin qoluna girib təzim ilə onu minbərə çıxartdı.

Həzrəti Fatih minbərdə yüksək və əzəmətli bir səslə “Əlhəmdülillah, Əlhəmdülillah…” deyərək xütbə oxumağa başladı. Bu zaman məcsiddə olan bütün qazilər, iştirak edən hər kəsin gözlərindən sel kimi yaşlar tökülməyə başladı.

Həzrəti Fatih xütbəni oxuyub qurtardıqdan sonra minbərdən enərək Akşemseddin Həzrətlərini imamətə keçirib Cümə namazını qıldırdı”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir