Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

AYASOFYADA TƏXRİBAT: İKİ NƏFƏR MƏSCİDƏ GİRİB NAMAZ QILDI – FOTO

Məkanın ibadətə qapalı olmasına etiraz etdilər.

Ayasofiyaya gələn iki nəfər anidən namaz qılmağa başlayıb.

Din.az A24.az-a istinadən bildirir ki, adları Halil Akyaman və Mahmut Alan olan şəxslər namazlarını qılana qədər başlarının üzərində təhlükəsizlik xidmətinin əməkdaşları durub.

Akyaman və Alan namazlarını qılıb qurtarandan sonra təhlükəsizlik xidmətinin işçiləri tərəfindən Ayasofyadan uzaqlaşdırılıb. Ayasofyada namaz qılan iki nəfər burada namaz qılmaq mümkün olduğu halda məkanın ibadətə qapalı olmasına etiraz əlaməti olaraq bunu etdiklərini söyləyiblər.

Həmin anlar isə bir vətəndaş tərəfindən mobil telefonun kamerasi ilə lentə alınıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...