Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ayətullah Xamenei: Sionistlər özlərini qorumaq üçün divar çəkməyə məcbur olublar

“Allah Taalanın izni və lütfkarlığı ilə sionist rejim qarşısında mübarizələr nəticə verəcək”.

Din.az İslamazeri.com-a istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Amerikanın Qüds barədəki son addımını böyük qələt adlandıraraq deyib ki, onlar belə bir işi görə bilməyəcəklər və onların səyləri nəticəsiz qalacaqdır.

Ayətullah Xamenei dünən İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransında iştirak edən qonaqlarla görüşdə Fələstin məsələsinin İslam dünyası məsələlərinin önündə durduğunu bildirərək deyib: “Fələstin məsələsində üç hadisə- “ölkənin işğalı”, “xalqın kütləvi və milyonluq sürgünü” və “böyük bəşəriyyət qırğını və cinayəti” hadisələri baş veribdir ki, bu zülmün tarixdə tayı yoxdur.”

Ayətullah Xamenei Fələstini müdafiə etməyi hamının vəzifəsi adlandıraraq sözlərinə belə davam edib: “Belə təsəvvür edilməməlidir ki, sionist rejimlə mübarizənin faydası yoxdur, əksinə Allah-Taalanın izni və lütfkarlığı ilə sionist rejim qarşısında mübarizələr nəticə verəcək; necə ki, müqavimət cərəyanı ötən illərə nisbətən inkişaf edibdir.”

“Regionda amerikalılara kömək və sionist rejimlə həmkarlıq edən dövlətlər müsəlman qardaşlarla döyüşənə qədər birbaşa cinayətə qurşanmış olacaqlar; səudların gördükləri iş kimi.”, -deyən Ayətullah Xamenei bildirib ki, sionistlər bir gün “Nildən Fəratadək” şüarını verirdilər, amma hazırda özlərini qorumaq üçün divar çəkməyə məcbur olublar.

“Şübhəsiz, Fələstin “dənizdən çayadək” tarixi və məcmuəsidir və Qüds də onun paytaxtıdır və bu həqiqətə xələlin gəlməsi üçün heç bir imkan yoxdur.”, – Ayətullah Xamenei deyib.

İslam İnqilabının Rəhbəri Tehranda keçirilən İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransında Myanma və Kəşmir məsələlərinin qaldırılmasına, eyni zamanda bu iclasda son dərəcə mühüm Yəmən və Bəhreyn məsələlərinin qaldırılmamasına işarə edərək qeyd edib: “Yol vermək olmaz ki, başlıca olaraq sionistlər tərəfindən idarə olunan Qərbin təhlükəli təbliğat imperiyası İslam dünyasının mühüm məsələlərinə göz yummuş və sükut fitnəsilə İslam ümmətinin əsas məsələlərini məhv etmiş olsun. İcazə vermək olmaz ki, yenə də əsas amillərinin amerikalılar və sionistlərin olduğu İslam dünyasında qan axıdılması, müharibə və ixtilaflar sionist rejim üçün əmin-aman bir haşiyə olmuş olsun.”

Ayətullah Xamenei Amerikanın insan haqlarını himayə barədəki iddiasına toxunaraq deyib: “Bu gün Amerikada iş başında olan şəxs çox açıq-aşkar şəkildə bu ölkənin mövqelərini elan edir; əlbəttə, ondan qabaqkılar da həmin mövqeyə malik idilər, lakin onlar bu açıqlıqda elan etmirdilər və bu mövqenin bariz nümunəsi, onun insan haqlarına zidd hərəkətlərin nümunəsi olan Afrika, Latın Amerikası və digər irqlər barədəki son sözləridir. Buna görə, bu yalan iddiaları ifşa etmək gərəkdir.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...