Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ayətullahın 97 milyard dolları təhlükədə: TRAMP BU DƏFƏ HƏSSAS NÖQTƏDƏN VURDU… – ŞƏRH

Bu dəfə Ayətullah Əli Xameneyinin hədəflənməsinə səbəb …

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində hədəfə alınanlar arasında ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyi də var.

Din.az Milli.Az-a istinadən bildirir ki, Trampın dediyinə görə, yeni sanksiyalar ABŞ pilotsuz kəşfiyyat təyyarəsinin vurulması və “digər bir çox şeylərə” cavabdır.

Qeyd edək ki, bu sanksiyalar paketindən əvvəl iki ölkə arasında gərginlik son həftələrdə daha da yüksəlməkdə idi. Keçən həftə İran Körfəzdə ABŞ pilotsuz kəşfiyyat təyyarəsini vurub salmışdı.

İran xarici işlər naziri Cavad Zərif sanksiyaların imzalanmasından sonra Twitter-də Tramp administrasiyasının “müharibəyə susadığını” yazıb. ABŞ maliyyə naziri Stiven Mnuçin isə deyib ki, Trampın iranlıların “milyardlarla” dollarlarını bloklayacaq əmri Tehranın keçən həftə körfəzdə ABŞ-ın pilotsuz təyyarəsini vurmasından daha əvvəl hazırlanırdı.

Trampın bildirdiyinə görə, bu dəfə Ayətullah Əli Xameneyinin hədəflənməsinə səbəb, onun “rejimin düşmən davranışına şəxsən məsuliyyət daşıması” olub.

“Sanksiyalar Tehrana təzyiqləri artırmaqda davam edəcək”,- Trump deyib və əlavə edib ki, İran heç zaman nüvə silahına sahib ola bilməyəcək.

BBC müxbiri Barbara Usher-Plett yazır ki, Ayətullah Əli Xameneyiyə sanksiya qoyulması əhəmiyyətlidir. “O, İranın ali dini Lideridir, İran siyasəti və hərbiyyəsində son söz ona məxsusdur və onun çox böyük iqtisadi gücü var. “Setad” kimi tanınan təşkilatı idarə edən Xameneyi təqribən 95 milyard dollarlıq maliyyəsi ilə biznesə daxil olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...