Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azadlıq Partiyası: “MƏSCİDLƏR DAĞIDILACAQ”

“İrqçilik, ksenofobiya və islamofobiya seçkilərə də təsir edəcək”.

Hollandiyalı irqçi Vildersin Azadlıq Partiyası namizədi olan Henk van Deun seçki qabağı vədlərində məscidlərin dağıdılacağını bildirib.

Din.az xəbər verir ki, artmaqda olan irqçilik, ksenofobiya və islamofobiyanın seçkilərə də təsir edəcəyindən dolayı məscidlərin dağıdılması vədi verilib.

DEN HAAG – Geert Wilders, fractievoorzitter van de PVV, vermaakt zich tijdens het wekelijkse vragenuurtje in de plenaire zaal van de Tweede Kamer. ANP ROBERT VOS

Hollandiyada 21 Martda keçiriləcək seçkilərdə irqçi Geert Vildersin Azadlıq Partiyası namizədlərindən olan Henk van Deuni Hollandiyadakı bütün məscidlər kimi Ulu Məscidin də “yandırılıb dağıdılacağı” vədini verib.

Açıqlamalardan sonra bu vəd sosial mediada kəskin reaksiya ilə qarşılanıb. Tənqid hədəfinə çevrilən Azadlıq Partiyasının namizədi Deun sözlərinin səhv başa düşüldüyünü ifadə edərək vədini geri çəkib. O, məscidlərin “yandırılıb dağıdılması” əvəzinə bağlanılmasını istədiyini qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...