Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azan 10 dəqiqə tez səsləndi – Görün nə baş verdi

Aidiyyatı şəxslər dərhal azanın səslənməsini dayandırdılar.

Türkiyənin Ordu vilayətində naməlum şəxslər məscidin səs sisteminə girərək, azanı 10 dəqiqə tez səsləndirib.

Din.az xəbər verir ki, azanın səsini eşidən sakinlər orucu tez açıb. Lakin aidiyyatı şəxslər dərhal müdaxilə edərək, azanın səslənməsini dayandırıblar. 10 dəqiqə sonra yenidən azanın səslənməsi sakinləri heyrətə gətirib.
Qeyd edək ki, Türkiyədə əyalət məscidlərindəki səs sistemləri bir mərkəzdən idarə olunur. Lakin şübhəlilər yalnız bir məscidin sisteminə müdaxilə edə bilib. Şübhəlilərin axtarışları davam edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...