Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
179661

Azan oxuyan oyuncaq satışdan götürüldü

Share Button

Oyuncaqlar Çindən gətirilib…

Əlində təsbeh, başında xaç simvolu olan və eyni zamanda azan oxuyan oyuncaq əhalinin sərt reaksiyasında sonra satışdan götürülüb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara yolunun üzərində istirahətetmə mərkəzində satılan “nazi” simvollu oyuncaq, istirahətə gələn bəzi müştərilərin diqqətini çəkib. Mövzu sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub, səs-küy salıb. Başındakı simvolun dünyanın bir çox yerində irqçiliyi təlqin etdiyi üçün etirazla qarşılanan “xaç” işarəli, əlində təsbeh olan oyuncaq satşdan götürülüb.

eli-tesbihli-ezan-okuyan-nazi-bebegi-oyuncak-8550824_x_4135_o

Oyuncaqları satan şəxs, davamlı olaraq sifariş etdikləri oyuncaqların Çindən gətirildiyini və “Nazi Bebek”ləri də 2 həftə bundan əvvəl aldıqlarını deyib. Lakin bir qadın müştərinin telefonla xəbərdarlığından sonra oyuncaqları satışdan yığışdırdıqlarını belə qeyd edib:

“Bir müştərimiz oyuncaqla bağlı bizə məlumat verərək, bunun yalnış olduğunu söylədi. Diqqət çəkəcəyini dedi. Xanımın zəngindən yarım saat sonra oyuncaqları satışdan yığışdırdıq və aldığım firmaya geri qaytardım. Səhvimiz ondadır ki, alarkən biz bunu görməmişik. Firma da səhv etdiyini gördü və geri aldı. Bu oyuncaqlardan alan oldumu bilmirəm, amma inanmıram. Çünki insanlar artıq bu mövzuda maarifləndirilib. Bəlkə də görmədən alanlar olub, onlardan üzür istəyirik”.

Oyuncağı, əlində təsbeh azan oxuyur deyə aldıqlarını bildirən satıcı, “insanların xoşuna gedəcəyini düşündük. Ancaq məhsullar qutuda bağlı gəldiyini üçün xaç işarəsini görmədik. Biz onu görsəydik, əlbəttə, bu məhsulu almazdıq. O məhsulu gətirən firmanın da xətası var. Nəticədə, mənfi reaksiyalar gələn kimi satışdan yığışdırdıq” deyə bildirib.

179661

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top