Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

AZAN SƏSİ EŞİTMƏK İSTƏMƏYƏNLƏRƏ KOMİTƏDƏN SƏRT CAVAB

“Azan səsi elə hər kəsi yuxudan oyatmaq üçündür”.

“Fani dünyadakı yuxudan ayılmaq istəməyənlərin gözləri kor, qulaqları isə kardır”.

Din.az “A24.Az”a istinadən xəbər verir ki, bunu Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov öz statusunda yazıb.

Şöbə müdiri bildirib ki, azan səsi elə hər kəsi yuxudan oyatmaq üçündür.

Qeyd edək ki, “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva öz statusunda azan səsini eşitmək istəmədiyini yazıb. Sözügedən status sərt reaksiyalara səbəb olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...