Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

AZAN SƏSİ…

Share Button

Sən bilmədiyin qədər çox ucadır sevimli ALLAH!

Səs salıb, sözlə səsin saf sinəsindən süzülüb

Sevərək segah səsinə sözlə savabdan süzülüb,

Ram edib ruhuna, riqqətlə səsində becərib,

Bu könül mülkünə san, çiçəkli yağmur tökülüb.

 

O Böyük, tək olan Allah hər anın Qüdrətidir,

Hər şanın, hər zamanın eşqi cahan Hikmətidir.

Şahid oldum ki, bütünlüklə iman etdim ona,

Damarımdan da yaxın Hökmü fail oldu mənə

 

Dedi ol, mən də oluşdum sürəcə girmək üçün.

Bir bəsit hücrədən ancaq, kamala yetmək üçün

Hər nəfəsdə, həm qəfəsdə çalışan qəlbim üçün.

Deyib hə, Həyy olan bir zata iman təsdiq üçün.

 

Nəzəri cəlb eləyən sərvəri dünyaya vuruldum.

Könlümü fəth eləyən ibrəti sultana vuruldum.

Bir elçi tək qapıma dəvəti Furqanla gələn,

Qoxusu bihuş edən bir gözəl insana vuruldum.

 

Yoxdur O-ndan savayı hər şeyə Hakim kəsilən

Əzəli varlıq O-dur, bir əbədi sevgi üçün.

Sən bilmədiyin qədər çox ucadır sevimli ALLAH!

Nə qədər böyükdür ALLAH düşünən əqlin üçün?

 

Namaza dəvət edər Zül Cəlali vəl ikram,

Ikramı əbədi olar çeşməyi-nur gur bulağı

Nicata sövq eləyər Qüdrəti dünyaya Həkim.

Cənnəti vədə verər hər kəsə peşkəş sorağı.

 

Dəvəti qəbul edib, başımıza tac etmiş olduq,

Bu namazdan savayı səcdəyə can vermiş olduq.

Nicata çatmaq üçün biz Qurana qurban da olub,

Salamı hər mələyə bir ürəkdən vermiş olduq.

 

Salam olsun sizə ey Tanrının şəfqət mələyi.

Sağ baxışla, sol baxışla seyr edər hər nəfəri

Bu sorumluqdan əgər dərk eləsəm dünyanı,

Mənə sözsüz yetəcək çox gözəl ALLAH imanı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir