Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azan səsindən şikayətə görə həbs qərarı: 800 min məscidi yoxladılar

Məsciddə azanın səsinin yüksək olmasından şikayət olundu.

İndoneziyada azanın səsinin yüksək olmasından şikayət edən buddist qadın həbs edilib.

Din.az xəbər verir ki, məhkəmə qadına dini təhqirə görə həbs cəzası verib.

Çin əsilli Meilina adlı 44 yaşlı qadın 2016-cı ildə Medan şəhərində azan səsi yüksək olduğuna görə məscidə gedərək səsin azaldılmasını istəyib.

Qadının şikayətindən sonra bölgədəki bəzi buddist məbədlər yandırılmışdı. Bundan qorxan çinlilər evlərindən qaçmışdılar.

Beynəlxalq Əfv Təşkilatının İndoneziya bürosu qərarı “gülünc” adlandırıb.

Meiliananın bu şikayətindən sonra ölkədəki 800 minə qədər məscidin səs sistemlərinə yenidən baxış keçirilib. Təxminən 260 milyon əhalisi olan İndoneziya əhalisinin 87 faizi müsəlmandır. Budistlər əhalinin 7 faizini təşkil edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...