Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azanı fitə basanlara Ərdoğandan – Sərt cavab

“Azana sahib çıxmayanlar düşmən qapıya gələrkən 15 iyuldakı kimi onları alqışlar”.

Azana hörmət etməyənlər, bayrağa da hörmət etməz.

Din.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersin mitinqində çıxışı zamanı deyib.

“Azana sahib çıxmayanlar düşmən qapıya gələrkən 15 iyuldakı kimi onları alqışlar. Bunlar heç İstiqlal marşımızı da oxumayıblar. Bunların tək dərdi azan və bayraq düşmənçiliyidir”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, dünən Taksim meydanında nümayiş keçirən feminist qruplar azan oxunduğu zaman kütləvi şəkildə fit çalmağa başlayıblar. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...