Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azay Quliyev: “Dini radikalizmə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılmalıdır”

“Hazırda Azərbaycanın ən ciddi problemlərindən biri dini radikalizmdir”.

“Azərbaycan dünyaya açıq ölkədir, lakin bu gün dini radikalizmin ölkəmizə yol tapması bizi düşündürən ciddi məsələdir”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Qeyri-Hökumət Təşkilatları və dini icmalar: Birgə fəaliyyətin təşkili” adlı konfransda deyib.

O bildirib ki, hazırda Azərbaycanın ən ciddi problemlərindən biri dini radikalizmdir: “Azərbaycanda dini radikalizm olmayıb, lakin bu gün dini radikalizmin Azərbaycana ixrac olunması bizi narahat edən bir məsələdir. Dini radikalizmə qarşı mübarizə istiqamətində kifayət qədər maarifləndirmə işləri aparılmalıdır”.

A.Quliyev qeyd edib ki, cəmiyyətin, xüsusilə də Qeyri-Hökumət Təşkilatlarının səfərbər olmasına ehtiyac var: “Savad baxımından geri qalan şəxslər xürafata meyilli olurlar. Bundan istifadə edən qruplar onları hədəfə götürüb risk qrupuna daxil edirlər. Dini radikalizm daha çox sosial şəbəkələr vasitəsilə yayılır. Dini radikalizmə qarşı mübarizə istiqamətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumların iştirakı ilə Koordinasiya Şurası yaradılmalıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...