Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycan BMT-nin ibadət yerlərinin qorunmasına dair Fəaliyyət Planını alqışlayır

“Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forumun BMT-nin fəaliyyət planında əks etdirilməsi bizi qürurlandırır”.

“Azərbaycan BMT-nin ibadət yerlərinin qorunmasına dair Fəaliyyət Planını alqışlayır”.

Din.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyinin “Twitter” səhifəsində qeyd olunub.

“BMT-nin ibadət yerlərinin qorunmasına dair Fəaliyyət Planını, BMT-nin baş katibi Antonio Gutiereşin zamanlı və uzaqgörən təşəbbüsünü alqışlayır və BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Miqel Moratinosu yaxşı işə görə təbrik edirik. Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forumun BMT-nin fəaliyyət planında əks etdirilməsi bizi qürurlandırır”, – deyə Azərbaycanın BMT-dəki nümayəndəliyi bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...