Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycan deputatları İrəvandakı məsciddə – Fotolar

Başı bəlalar çəkmiş 8 məsciddən biri …

İrəvanda səfərdə olan Azərbaycan deputatları Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy Məscidə baş çəkiblər.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda məlumatı millət vəkili Əflatun Amaşov paylaşıb. Deputatlar Ermənistana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasında iştirak etmək üçün gediblər. Nümayəndə heyətinə millət vəkilləri Eldar Quliyev və Əflatun Amaşov, QDİƏT-nın baş katibi Asəf Hacıyev daxildir.

Göy Məscidin fotolarını paylaşan Ə. Amaşov yazıb: “Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...