Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycan Ərəb Neft İnvestisiyaları Korporasiyasını ABOEM üzrə hər hansı bir layihəni birgə reallaşdırmağa dəvət edib

Görüşdə Korporasiya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib.

Energetika nazirinin müavini Samir Vəliyevlə Ərəb Neft İnvestisiyalar Korporasiyasının (APICORP) İdarə Heyətinin sədri, Səudiyyə Ərəbistanı Krallığının enerji nazirinin müavini Dr. Aabed Al-Sadoun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Din.az bildirir ki, Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Korporasiya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Aabed Al-Sadoun 43 ildir ki, fəaliyyət göstərən Korporasiya ilə SOCAR arasında əməkdaşlıq əlaqələrindən, birgə həyata keçirilmiş layihələrdən bəhs edib. Korporasiyanın İdarə Heyətinin növbəti iclasının Bakıda keçiriləcəyi qeyd olunub. Bildirilib ki, belə tədbirlər yeni əməkdaşlıq imkanlarının reallaşdırılmasına töhfə olacaq.

S. Vəliyev ikitərəfli əməkdaşlığı neft-qaz sektoru ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələri sahəsində də inkişaf etdirməyin vacibliyini vurğulayıb. Bərpa olunan enerji sahəsində imkanları və hədəfləri diqqətə çatdıran nazir müavini bildirib ki, hazırda xarici investorların bu prosesdə iştirakının təmin edilməsi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işlər aparılır. Azərbaycanda xarici şirkətlərin hüquqlarının qanunla qorunduğunu və əlverişli mühit yaradıldığını deyən S. Vəliyev Korporasiyanı ölkəmizdə ABOEM üzrə hər hansı bir layihəni birgə reallaşdırmağa dəvət edib.

Korporasiyanın baş icraçı direktoru Dr. Ahmed Ali Attiga təmsil etdiyi şirkətin bərpa olunan enerji sahəsində bir sıra dövlətlərlə əməkdaşlıq etdiyini və investisiya dəstəyi göstərdiyini deyərək, Azərbaycanla da bu istiqamətdə imkanları dəyərləndirəcəklərini bildirib.

Görüşdə neft-qaz, eləcə də qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...