Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Azərbaycan Fələstin xalqının mübarizəsini dəstəkləyir”

“Azərbaycan qardaş Fələstin xalqının inkişafa nail olmaq yolunda mübarizəsini dəstəkləyir”.

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri ilə görüşüb.

Din.az bildirir ki, XİN-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-ci sessiyasında iştirakı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) rəhbəri Pyer Krahenbul ilə görüşüb.

Nazir Azərbaycanın qardaş Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsində dəstəklədiyini vurğulayaraq, ölkəmizin Fələstin məsələsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini davamlı olaraq dəstəklədiyni ifadə etdi. Həmçinin Nazir Elmar Məmmədyarov Qüds ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mövcudluğunu xatırladıb.

BMT Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul, öz növbəsində səmimi təbrikə görə öz təşəkkürünü bildirərək, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi münasibətilə nazir Elmar Məmmədyarovu təbrik edib.

Daha sonra P.Krahenbul Amerika Birləşmiş Ştatları tərəfindən UNRWA-ya edilən yardımların dayandırılmasından sonra İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən göstərilən yardımları yüksək qiymətləndirib və bu xüsusda, Azərbaycan tərəfinə Agentliyin fəaliyyətinə verdiyi dəstək və maliyyə yardımı üçün təşəkkürünü bildirib. Fələstin münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşən P.Krahenbul münaqişənin həllinin 5 milyon fələstinli qaçqının probleminin həllinə zəmin yaradacağını vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...