Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Uğurlu karyeraya gedən yol” mövzusunda təlim keçirilib

Gələcəkdə peşəkar kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görülməlidir.

Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva seminarı açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə müxtəlif mövzularda seminarlar və görüşlər təşkil edir. Z.Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, gənclərə məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin xüsusi rol oynadığını vurğulayıb.

Xəzər Universiteti Karyera İnkişaf Mərkəzinin koordinatoru Ülviyyə Hüseynli “Uğurlu karyeraya gedən yol” mövzusunda çıxış edərək bildirib ki, təlimin məqsədi istedadlı gənclərə müstəqil ixtisas seçimini təbliğ etməklə gələcəkdə peşəkar kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görməkdir. Məruzəçi qeyd edib ki, hazırda yalnlz nəzəri biliklərə sahib olan gənclərə deyil, həmin bilikləri praktikada tətbiq edə biləcək çevik, yüksək intellektə malik kadrlara ehtiyac vardır.

Ü.Hüseynli “İstəklərimiz, yoxsa bacarıqlarımız?”, “Uğurlu karyeraya gedən yol nələrdən keçir?”, “Düzgün ixtisas seçməməyin mənfi nəticələri” mövzularında çıxış edib, tələbələrin suallarını cavablandırıb. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...