Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycan İlahiyyat İnstitutunda milli kinolarımız nümayiş olunur

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasında məqsəd yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını təmin etməkdir.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) həftənin şənbə günləri tələbələr üçün milli kinolarımızın nümayişinə başlanılır. Ekran əsərlərinin təqdim olunmasında məqsəd tələbə və gənclərin yerli filmlərə marağının artırılmasına, milli-mənəvi dəyərlərimizin aşılanmasına, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verməkdir.

Din.az-ın məlumatına əsasən, İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, bu şənbə İnstitutda “Arşın mal alan” filmi nümayiş olunub. “Arşın mal alan” – tammetrajlı bədii filmi rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılıb. Film Bakı Kinostudiyasında istehsal edilib. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa edirlər. Bu film Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər siyahısına daxil edilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Ali təhsil müəssisəsində bu məqsədlə tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyəsinin yüksəldilməsi, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif seminarlar, “dəyirmi masa”lar, görüşlər, təlimlər, eyni zamanda həftənin şənbə günləri kitab müzakirələri və filmlərin nümayişi təşkil olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...