Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Azərbaycan-İran münasibətlərinin pozulmasını istəyənlər var” – RƏSMİ

“Qonşu və dost olan Azərbaycan ilə təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılır”.

İran və Azərbaycan arasında bütün sahələr üzrə intensiv əlaqələr mövcuddur.

Din.az xəbər verir ki, bu fikri İranın informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Azərbaycana etdiyi səfərin yekunları haqqında danışarkən söyləyib.

Nazir bildirib ki, hər iki ölkənin təhlükəsizlik xidmətləri beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizədə informasiya mübadiləsi aparır. Qonşu və dost olan Azərbaycan ilə təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılır.

Azərbaycanda keçirdiyi görüşlərin uğurlu olduğunu bildirən S.M.Ələvi qeyd edib ki, hər iki xalqın tarixi, dini və mədəni ortaqlığının mövcudluğu təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmağı tələb edir: “İran ilə Azərbaycanın yaxşı münasibətləri bəzi dairələr tərəfindən yaxşı qarşılanmır. Münasibətlərin pozulmasını istəyən və bundan öz mənafeləri üçün yararlanmağa çalışanlar da var. Lakin hər iki dövlətin münasibətləri qarşılıqlı etimada əsaslanır”. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...