Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycan İslam turizminə görə reytinqdə 10-cu yeri tutdu

Müsəlman turistlər üçün ən populyar ölkə Malayziya və Sinqapur olub.

Azərbaycan İslam turizminin ən populyar istiqamətlərinin 2018-ci ilin “Global Muslim Travel Index” reytinqində 130 ölkə arasında 10-cu yer tutub.

Din.az xəbər verir ki, 2018-ci ildə müsəlman turistlər üçün ən populyar istiqamətlər Malayziya (İslam ölkələri arasında) və Sinqapur (qeyri-İslam ölkələri arasında) olub.

Türkiyə dördüncü olub, 5-ci yerdə Qazaxıstan qərarlaşıb. Qonşu ölkə Gürcüstan isə 61-ci yerdədir.

“Global Muslim Travel Index”i hər il sinqapurlu “Crescent Rating” reytinq agentliyi tərtib edir. Reytinq tərtib olunarkən müsəlmanların istirahəti üçün müxtəlif şəraitlər qiymətləndirilir: vizanın alınması, ibadət etmək üçün şərait, təhlükəsiz səyahət imkanı, halal məhsulların olması və keyfiyyəti, hotellərdə yaşayış şəraiti.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...