Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycan məktəblərində telefondan istifadə qadağan olunacaq?

“Orta ümumtəhsil məktəbləri haqqında” qanuna əlavələr edilə bilər.

Azərbaycanda məktəbəqədər və orta təhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təklif olunub.

Din.az xəbər verir ki, bununla bağlı yeni hazırlanan “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsində xüsusi bənd, İnzibati Xətalar Məcəlləsində isə əlavələrin edilməsi gözlənilir.

Yeni qanun layihəsinin hazır olduğu təqdirdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...