Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Azərbaycan məscidinin bağlandığı Moskvada yeni erməni kilsəsi üçün yer ayrıldı…

0.7 hektarlıq torpaq sahəsi erməni katolik kilsəsinin pulsuz istifadəsinə verilib.

Torpaq sahəsi 9 il müddətinə pulsuz olaraq ermənilərin istifadəsinə verilib…

Moskva meri Sergey Sobyaninin rəhbərlik etdiyi şəhərsalma və torpaq komissiyası Rusiya paytaxtında ilk erməni katolik kilsəsinin tikintisi üçün torpaq verilməsi qərarını təsdiqləyib.
Din.az xəbər verir ki, “TASS” bu barədə “Moskomstroyinvest” in mətbuat xidmətinə istinadla məlumat yayıb. Moskvanın Cənubi Butova ərazisində ayrılmış 0.7 hektarlıq torpaq sahəsi məbəd və dini mədəniyyət mərkəzi binası tikilməsi üçün 9 il müddətinə erməni katolik kilsəsinin pulsuz istifadəsinə verilib.

Qeyd edilir ki, bu günədək Moskvada erməni apostol kilsələri olsa da, II Cahan savaşından bu yana katoliklərlə pravoslavlar arasında yaranmış ziddiyyətlər səbəbindən erməni katolik kilsəsi tikilməyib. Paytaxtdakı katolik ermənilər SSRİ dağıldıqdan sonra Rusiyaya məxsus digər katolik kilsələrdə ibadət edib.

P.S. Xatırladaq ki, bu günlərdə Moskvada 1999-cu ildə Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov və sabiq Bakı şəhər prokuroru Məmməd Quliyevin təşəbbüsü ilə azərbaycanlı möminlərin ibadət etməsi üçün tikilmiş yeganə məscid soydaşlarımızın üzünə bağlanıb… / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...