Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
kadin-camii-670

Azərbaycan məscidlərində qadın imamlar olacaq – Yenilik

Share Button

“Qadınlar kişi ilahiyyatçıya yaxınlaşıb nəyisə soruşa bilməz, amma qadınlardan soruşa bilər…”

Azərbaycanda xanım imam və axundların olmaması ilə bağlı məsələ yenidən gündəmə gəlib.

“Din.az” xəbər verir ki, bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli “cebhe.info”ya açıqlamasında demişdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaratdığı əngəllər səbəbindən Azərbaycan İslam Universitetini bitirən tələbə xanımlar imam və axundluq etmək statusundan məhrum olunurlar.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 2100-ə yaxın məscid mövcuddur. Lakin onların təxminən 600-ə yaxını rəsmi qeydiyyatdan keçib və imam, axundlarla təmin olunublar. Amma 1500-ə yaxın məscid yenə də boş, yəni imamsız, axundsuz qalıb. Bu da müəyyən xoşagəlməyən halların meydana çıxmasına səbəb olur. Yəni dini ixtisas cəhətdən axsayan adamlar bəzən həmin məscidlərdə imamlıq, yaxud axundluq etməyə başlayırlar. Bu da islama ziyandır. Hər il universitetə müraciət edən xanım abituriyentlərin sayı kişilərdən çoxdur.

Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaratdığı əngəllər səbəbindən bu gün məscidlərdə qadın imam və axundlara rast gəlmək mümkün deyil. Məscidlərdə qadınların namaz qıldığı zallarda qadın imam yoxdur. Bu statusdan məhrum edilən xanımların yerində isə başqa qruplaşmaların fəaliyyəti açıq-aydın görünməkdədir. Yəni xanımlar imam, axund statusundan məhrum ediləndə yaranmış boşluğu vəhabilər, terrorçu qruplarla əlaqəsi olan digər qeyri-ənənəvi məzhəblərin nümayəndələri tutur. Ekspertlər məscidlərdə qadın imam və axundların olmamasını nəinki indiki dövr üçün, hətta gələcək üçün müəyyən problemlər yaradacağını deyirlər. Həmçinin qadın imamların olmaması radikal qruplaşmalara da yol aça bilər ki, bunun da acı nəticələri hamıya məlumdur.

88386
Dini ekspert Elşad Miri “Cümhuriyyət” qəzetinə deyib ki, Azərbaycanda imam anlayışı düzgün sistemlə getmir:

“İmam məscidə gələnlərin qarşısında dayanıb onlara namaz qıldırandır. Əfsuslar olsun ki, bu gün din peşə halına gətirildiyinə görə, imam, axund, qazi, şeyx kimi məsələlər gündəmə gətirilərək müəyyən bir təbəqə formalaşıb. Məsələ onun nəticəsidir. Bu gün kişi imamlar məclislərə gedib Quran oxuyur, mərsiyə və moizə deyib pul qazanırsa, həmin statusla qadın imam kimi fəaliyyət göstərənlər də var. Onlar məclislərdə mərsiyə deyir, insanları ağladır və pul qazanıb həyatlarını davam etdirirlər. Amma bunu din adı altında edirlər. Hətta qadın imamı adı altında məscidlərdə də fəaliyyət göstərənlər var. Bu xanım imamlar məscidlərdə gözləyərək yas məclislərində iştirak etmələri üçün müştəri gözləyirlər. Müştəri əldə edəndən sonra gedib yas məclislərində özlərini imam kimi apararaq müəyyən statuslardan istifadə edirlər. Məclis bitdikdən sonra isə yenidən məscidlərə, öz yerlərinə qayıdırlar. Bunların heç biri İslama aid olmayan məsələlərdir”.

Ekspert qeyd edib ki, Azərbaycanda qadın ilahiyyatçılara çox böyük ehtiyac var: “Qadın ilahiyyatçılarının statusları tam fərqli olur. Bu gün İlahiyyat fakültəsini bitirən kifayət qədər qadın ilahiyyatçılar var. Niyə də olmasın. Əslində peyğəmbərin özünün xanımları da, ətrafında olan qadınlar da aktiv həyatda rol oynayıblar. O gündən bu günə nə dəyişib ki? Məsələn, qadınlar kişi ilahiyyatçıya yaxınlaşıb abırına sığmayan nəyisə soruşa bilməz, amma qadınlardan soruşa bilər”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top