Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Azərbaycan müsəlman dünyasında qadınlara səsvermə hüququnun verildiyi ilk ölkədir

“Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib”.

“Azərbaycanın müsəlman dünyasında qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olduğu unudulmamalıdır”.

Din.az Metbuat.az-a istinadən bildirir ki, bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri qeyd edib ki, dünyada Azərbaycan qədər qadınların hüquqlarının müdafiəsini təmin edən güclü qanunvericilik bazasına malik çox az sayda ölkə var:

“Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib. Bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir. Cəmiyyət qadınların hüquqlarına diqqət yetirməlidir, çünki bu olmasa, cəmiyyət inkişaf edə bilməz”.

Hicran Hüseynova eyni zamanda bildirib ki, bu gün Azərbaycanda çox güclü balanslaşdırılmış gender siyasəti həyata keçirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...