Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycan pravoslavları Milad bayramını qeyd edirlər

Yerli sakinlər kilsələrə toplaşaraq bayram ayinində iştirak ediblər.

Yanvarın 6-dan 7-nə keçən gecə Dünya pravoslavları, o cümlədən Azərbaycan pravoslavları Milad bayramını (İsa Məsihin doğulduğu gün) qeyd edirlər.

Din.az xəbər verir ki, Rusiya, Serbiya, Gürcüstan, Yunanıstan, Ukrayna, Belarus və s. pravoslav ölkələrdə yerli sakinlər kilsələrə toplaşaraq bayram ayinində iştirak ediblər.

Azərbaycanda da Rusiya Pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyası ölkə ərazisindəki bütün kilsələrdə təntənəli ibadət və ayinlər keçirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...