Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycan pravoslavlarının dini lideri: “Azərbaycanda dini həyatın vəziyyəti yüksək səviyyədədir”

“Azərbaycanda yaşayan xalqların dini köklərinə bağlılığı dövlətlə din arasında qarşılıqlı münasibətlərin əyani təzahürüdür”.

“Dini və milli ənənələrimizi yeniləmək və möhkəmləndirmək üçün Ramazan ayı günlərində bir yerə toplaşmaq əlamətdar ənənəyə çevrilib”.

Din.az əbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftarda deyib.

O bildirib ki, bu görüş Azərbaycanda yaşayan xalqların öz tarixi və dini köklərinə bağlılığının parlaq təsdiqi, milli mentalitetin, dövlətlə din arasında konstruktiv qarşılıqlı münasibətlərin əyani təzahürüdür: “Bu əlamətdar günlərdə bütün Azərbaycanda, bütün şəhərlərdə və kəndlərdə ailələrdə, dostların və tanışların əhatəsində belə iftar süfrələri açılır. Bizim iştirak etdiyimiz bu iftar süfrəsi də ölkədə sabitliyin, xalq-iqtidar birliyinin, dinlərarası dialoqun yüksək səviyyəsinin və multikulturalizmin Azərbaycan modelinin uğurunun parlaq təsdiqi, cəmiyyətin inkişafının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursunun dəyişməzliyinin sübutudur. Azərbaycanın bütün iqtisadi, siyasi, ictimai, elmi və mədəni həyatı bu məcrada inkişaf edir. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi, bu il 15 illiyini qeyd etdiyimiz Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Cənab Prezidentlə birlikdə din xadimlərinin, hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin, respublikada akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin iştirak etdikləri bugünkü iftar mərasimi də dini həyatın vəziyyətinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu, tolerantlıq ruhunun və ölkəmizin rəhbərliyinin yürütdüyü multikulturalizm siyasətinin çox güclü təzahürüdür.

Möhtərəm cənab Prezident, icazə verin, Sizi əmin edək ki, Azərbaycanın din xadimləri Azərbaycan Respublikasının rəhbəri vəzifəsində Sizin fəaliyyətinizə dərin ehtiramla yanaşır, Sizin yürütdüyünüz siyasi kursu səmimi dəstəkləyir, Sizin cansağlığınız və ümumi evimiz olan Azərbaycanın tərəqqisi üçün ürəkdən dua edirlər.

İcazə verin, Sizə Rus Pravoslav Kilsəsinin başçısı, Moskvanın və bütün Rusiyanın patriarxı zati-müqəddəsləri Kirillin fevral ayında ölkəmizə son səfəri zamanı ona göstərdiyiniz mehriban və səmimi qəbula görə onun dərin təşəkkürünü çatdırım”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...