Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycan Prezidenti Liviya Barışıq Hökumətinin Başçısına məktub göndərib

Azərbaycan ilə Liviya arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviya Milli Barışıq Hökumətinin Başçısı Faiz Mustafa Al-Sərraca təbrik məktubu göndərib.

Din.az “Report”a istinadən xəbər verir ki, təbrik mətnində deyilir:

“Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və tərəqqi diləyirəm”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...