Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycan səfiri Keşikçi Dağı məsələsini Gürcüstan Patriarxlığında müzakirə edib

Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ müzakirələr aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan Patriarxlığında görüş keçirib.

Din.az xəbər verir ki, bunu Patriarxlığın mətbuat xidmətinin rəhbəri Andria Caqmaidze deyib.

Görüşdə Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ müzakirə olunub. Qeyd olunub ki, Gürcüstan Patriarxlığı məbəd kompleksi ilə bağlı məsələnin həllində fəal iştirak edəcək.

Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri vurğulanaraq bu münasibətlərdə gərginliyin yaradılması ilə bağlı cəhdlərin yolverilməz olduğu bildirilib. Tərəflər Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələnin tezliklə həll olunmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia da iştirak edib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...