Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycan üçün HƏCC KVOTASI 600-dən 2000-ə qaldırıldı

100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib.

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.

Din.az bildirir ki, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.

Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib.

Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir. / APA.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...