Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycan Ümumdünya İslam İqtisadi Forumunda iştirak edəcək

Forumda müsəlman dünyasının bir sıra ölkələrinin dövlət və hökumət başçılarının çıxış edəcəyi gözlənilir

Avqustun 2-də İndoneziyanın paytaxtı Cakartada 12-ci Ümumdünya İslam İqtisadi Forumu öz işinə başlayacaq.

“Din.az” “Report”a istinadən xəbər verir ki, forumda kiçik və orta biznesin əhəmiyyəti, iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, iqtisadiyyatın desentralizasiyası və s. kimi məsələlər müzakirə olunacaq.

Azərbaycan forumda ölkəmizin İndoneziyadakı səfiri Tamerlan Qarayev ilə təmsil olunacaq.

Forumda müsəlman dünyasının bir sıra ölkələrinin dövlət və hökumət başçılarının çıxış edəcəyi gözlənilir.

Forum avqustun 4-dək davam edəcək.

346d40e349956

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...