Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycan və Səudiyyə Ərəbistanı cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edəcək

Cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq barədə protokol imzalandı.

Azərbaycan və Səudiyyə Ərəbistanı cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq barədə protokol imzalayıb.

Din.az bildiri ki, sənədi Azərbaycanın daxili işlər naziri Ramil Usubov və onun səudiyyəli həmkarı Məhəmməd ibn Naif ibn Əbdüləziz əl Səud imzalayıb.

İmzalanma mərasimi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda tərəflər arasında rəsmi danışıqlardan sonra baş tutub.

Görüş zamanı əməkdaşlığın Azərbaycan və Səudiyyə Ərəbistanının təhlükəsizlik xidmətləri arasında genişləndirilməsi perspektivləri də müzakirə edilib. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...