Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycan xalqı 15 şəhid verən Türkiyəyə bu cür dəstək oldu – APARICI BELƏ HEYRƏTLƏNDİ – VİDEO

Ölkəmizdə şəhid verən Türkiyə üçün aksiya keçirilib.

Türkiyədə kanallardan birində aparıcı ürək dolusu Azərbaycanda restoranlardan birində “Zeytun budağı” əməliyyatına verilən dəstək.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, Halil Nebiler adlı aparıcı Türkiyənin Suriyada döyüşməsini qınayanları tənqid edib və Afrinə dəstək göstərən ölkə kimi Azərbaycandan təəccüb hissi ilə danışıb.

Belə ki, Azərbaycanda restoranlardan birində şəhid verən Türkiyə üçün aksiya keçirilib. Həmin aksiyada “Qardaş Türkiyəmiz Afrində 15 şəhid vermişdir. Bu acı səbəblə 3 gün müddətinə restoranımızda çay və su ehsan olaraq verilir… Şəhidlər ölməz, Vətən bölünməz!” cümlələri yazılıb.

Daha sonra aparıcı azərbaycanlı millət vəkili Qənirə Paşayevanın şəhid olan Türk əsgərinin ailəsini ziyarət etmək üçün Ankaraya gəlməsini dəyərləndirib, onun sosial səhifəsində etdiyi paylaşımı oxuyub.

Türkiyə mediasında yayımlanan sözügedən görüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...