Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycan zəlzələdən əziyyət çəkmiş bu müsəlman ölkəsinə 50 min dollar yardım edib

Zəlzələ baş verən ölkəyə humanitar yardım davam edir.

Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib.

Din.az bildirir ki, bu barədə “Report”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, 28 sentyabr 2018-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlə İndoneziya tərəfinə təqdim edilib. Yardımı qəbul edən məsul qurum Fəlakətlərin Aradan Qaldırılması Milli Agentliyi göstərilmiş humanitar dəstəyə görə, Azərbaycan xalqına və rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu, Azərbaycanın İndoneziyaya cari il ərzində sayca ikinci humanitar yardımıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...