Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycana 2018-ci ildə ən çox ərəb ölkələrindən turist gəlib – AzTA-dan açıqlama

Yaxın Şərq ölkələrindən gələn turistlərin sayı artır.

“2018-ci ildə Azərbaycana ən çox ərəb ölkələrindən turist gəlib”.

Din.az bildirir ki, bu sözləri Metbuat.az-a açıqlamasında Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.
Onun sözlərinə görə, söhbət xarici vətəndaşların ölkəmizə gəlməsindən gedirsə, birinci yerdə Rusiya gəlir:

“Rusiyadan sonra ikinci yerdə Gürcüstan gəlir. Bizim soydaşlarımız orda yaşadığına görə, tez-tez ölkəmizə gedib-gəlirlər. Bu baxımdan, belə say artımı olur. Ərəblərdən sonrakı yerləri Rusiya, Hindistan və Pakistandan gələn turistlər təşkil edir. Onlar daha çox paytaxtda qalmağa üsütünlük verirlər. İkinci bölgə kimi isə Qəbələyə üz tuturlar.

2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında ölkəyə gələn turistlərin sayında artım yaşanmayıb. Buna səbəb digər ölkələrin turizm sahəsində aktivləşməsidir. Artıq Asiya ölkələri turizm haqqında düşünməyə başlayıb. Rəqabət yarandığı üçün daha da aktiv olmalıyıq”.

Qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb.
Sərhədlərimizdən təxminən 2,5 milyon səyyah keçib. Səfər edənlərin 50%-i Rusiya və Gürcüstandan gəlib. Bu ölkələrdən gələnlərin sayı müvafiq olaraq 4% və 13% artaraq, 817 min və 550 min təşkil edib.

Həmçinin, Yaxın Şərq ölkələrindən gələnlərin sayı 249 min nəfərdən 346 min nəfərədək artıb. İrandan gələnlərin sayı 40% azalaraq, 341 min nəfərdən 227 min nəfər təşkil edib, Asiya ölkələrindən isə gələnlərin sayı 126 min nəfərdən 197 min nəfərədək artıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...