Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycana dincəlməyə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə artıb

Körfəz ölkələrindən ölkəmizə gələnlərin sayında artım müşahidə edilib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 139 ölkəsindən 352,5 min nəfər və yaxud ötən illin müvafiq dövrü ilə müqayisədə 12,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Din.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 29,3%-i Rusiya, 24,9%-i Gürcüstan, 13,8%-i Türkiyə, 8%-i İran, 3,7%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,1%-i Ukrayna, 2%-i İraq, 16,1%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 71%-ni kişilər, 29%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 52,8%-i yanvar, 47,2%-i fevral ayında ölkəyə gəlib.

İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin ilk 2 ayı ilə müqayisədə ölkəyə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Qətər vətəndaşlarının sayı 2,6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,5 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,5 dəfə, Oman vətəndaşlarının sayı 1,8 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, BƏƏ vətəndaşlarının sayı isə 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 26,7% azalma müşahidə edilib.

2018-ci ilin yanvar-fevralında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı ötən ilin yanvar-fevralında gələnlərin sayına bərabər olmaqla 11,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,6% artaraq 123 min nəfər olub.

Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,8%-i dəmir yolu və avtomobil, 36,3%-i hava, 0,9 %-i isə su nəqliyyatından istifadə edib.

2018-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 % azalaraq 583 min nəfər olub. Ölkə vətəndaşlarının 32%-i i Gürcüstana, 26%-i İrana, 22,4%-i Rusiyaya, 12,6%-i i Türkiyəyə, 1,9%-i Ukraynaya, 1,4 %-i BƏƏ-yə, 3,7%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 71,1%-i kişilər, 28,9%-i isə qadınlar olub.

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,2%-i dəmir yolu və avtomobil, 19,8%-i i hava, 1%-i isə su nəqliyyatından istifadə edib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...